İlk sınaq pulsuzdurBaşla
testim

Blum taksonomiyası

Təfəkkür səviyyələri və onlara uyğun tapşırıqlar.

Altı səviyyə

Benjamin Blumun klassik taksonomiyası (1956) idrak fəaliyyətini sadədən mürəkkəbə altı səviyyəyə bölür: bilmə, anlama, tətbiqetmə, təhlil (analiz), sintez və qiymətləndirmə.

2001-ci ildə Anderson və Krathwohl yenilənmiş versiya təqdim etdi: xatırlama, anlama, tətbiqetmə, təhlil, qiymətləndirmə, yaratma. Burada ən yüksək səviyyə “yaratma”dır.

Səviyyəni feildən tanı

Bilmə — sadala, adlandır. Anlama — öz sözlərinlə izah et. Tətbiq — öyrəndiyini yeni vəziyyətdə istifadə et. Təhlil — hissələrə ayır, səbəb-nəticəni müəyyən et. Sintez — hissələri birləşdirib yeni bir şey qur. Qiymətləndirmə — meyara görə mühakimə yürüt, əsaslandır.

Mini-test: 6 sual

1 / 6
Blum taksonomiyası

Blumun klassik taksonomiyasında ən aşağı təfəkkür səviyyəsi hansıdır?

Növbəti mövzuPiajenin inkişaf mərhələləri→